11:07 24-06-2020
news_image
194
FUTBOL

Baş məşqçi istefası - Liqa1 klubunda

Fransa Liqa1-də baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Nim” klubu çalışdırıcısı Bernar Blakerlə yollarını ayırıb.

62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Yeni baş məşqçinin təyinatına qədər komandaya Jerom Arpino rəhbərlik edəcək.

Blaker 2015-ci ildən 2020-ci ilədək “Nim”ə rəhbərlik edib. Bu müddətdə 175 matça çıxan komanda 75 qələbə qazanıb.

Qeyd edək ki, yarımçıq başa çatan 2019/20 mövsümündə Blakerin yetirmələri 18-ci yeri tutub.