12:01 24-06-2020
news_image
548
FUTBOL

Belçika klubuna keçdi - yığmamızın müdafiəçisi

Futzal üzrə Azərbaycan millisinin oyunçusu Eduardo Borges klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi yeni mövsümdən Belçika çempionatında çıxış edəcək.

Bunadək Fransanın “Acces Futsal” klubunda çıxış edən milliləşən legioner “Halle Gooik”ə keçib. 2015-2019-cu illərdə ardıcıl 5 mövsüm Belçika çempionu olan bu komanda yarımçıq başa çatdırılan son mövsümdə qalib ola bilməyib.

Qeyd edək ki, Eduardo 2010-18-ci illərdə Azərbaycanın ən titullu klubu “Araz”da oynayıb.