12:05 24-06-2020
news_image
330
FUTBOL

4-cü transfer - "Fənərbaxça"dan

Transfer bazarındakı fəallığını davam etdirən "Fənərbaxça" daha bir futbolçu ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi "Cenoa"nın hücumçusu Sinan Gümüşü heyətinə cəlb etmək üzrədir.

"Sarı-lacivərdlilər" müqavilə ilə İtaliya klubuna məxsus olan və "Antalyaspor"da icarə əsasında çıxış edən sabiq "Qalatasaray"lını icarəyə götürməyə hazırlaşır. "Fənər" 26 yaşlı forvarda "Cenoa"dakı illik məvacibi olan 750 min avronu ödəməyə boyun olub. A seriyası klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Sinanın keçidi mövsümün sonuna reallaşacaq.

Qeyd edək ki, "Fənərbaxça" buna qədər Barış Sunqur ("Bucaspor"), İsmail Yüksək ("Gölcükspor") və Mərt Hakan Yandaşla ("Sivasspor") anlaşıb.