12:21 24-06-2020
news_image
104
FUTBOL

Aqueroya çata bilmədi - Keyn

İngiltərə Premyer Liqasının XXXI turunda "Vest Hem"lə keçirilən oyun "Tottenhem"in (2:0) hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu çempionatda iştirak etdiyi 200-cü matçını qolla qeyd edib.

O, elitada 137-ci dəfə fərqlənib. Keyn bununla sabiq "Arsenal"lı Tyerri Anrinin göstəricisini geridə qoyub. Fransalı ilk 200 oyunda 131 qol vurmuşdu. Bu baxımdan ən yaxşı göstərici "Mançester Siti"nin forvardı Serxio Aqueroya məxsusdur. Argentinalı ilk 200 qarşılaşmada 138 qola imza atıb.

Keyn eyni zamanda London derbilərində 30 qol vurub. O, hazırda yalnız Teddi Şeringem (32) və Tyerri Anridən (43) geri qalır.