14:45 24-06-2020
news_image
397
FUTBOL

“Vulverhempton” hücumçusuna qiymət qoydu - 100 milyon

İngiltərənin “Vulverhempton” klubu futbolçusu Raul Ximenesi satmağa razılaşıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi artıq hücumçunu satacağı qiyməti də açıqlayıb.

Premyer Liqa klubu forvardı üçün 100 milyon funt sterlinq istəyir. Meksikalı futbolçunu almaq istəyən klublardan biri “Mançester Yunayted”dir. Lakin ona qoyulan qiymət sonuncuları qane etmir.

Qeyd edək ki, İtaliyanın “Yuventus” kubu bir müddət öncə Raul üçün 60 milyon avro və bri futbolçu təklifi irəli sürsə də, ingiltərəlilər bununla razılaşmayıb.