15:01 24-06-2020
news_image
1503
FUTBOL

Amin Seydiyev anasının ölüm səbəbini açıqladı

"Anam bir müddət idi xəstəlikdən əziyyət çəkirdi".

Bunu apasport.az saytına bu gün anası rəhmətə edən "Sabah"ın yeni transferi Amin Seydiyev deyib.

"Qəbələ"dən paytaxt klubuna keçən gənc oyunçu anası Şəhla xanımın uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini vurğulayıb: "Anamın koronavirusdan vəfat etməsi barədə iddialar var. Ancaq bu, heç də belə deyil. Anamda koronavirus xəstəliyi aşkarlanmayıb. Həm onun, həm də bizim testimizin cavabı mənfi çıxıb. Sadəcə, xəstəliyi var idi, ondan rəhmətə gedib".

Qeyd edək ki, futbolçunun anası 58 yaşında vəfat edib.