17:18 24-06-2020
news_image
111
FUTBOL

“Lokomotiv”də karantin – hamı bazaya toplaşdı

Rusiyanın “Lokomotiv” klubunun futbolçu və məşqçi heyəti karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, bunu Moskva təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, əsas komandanın bütün üzvləri klubun bazasında izolyasiya olunub. Bu addım Premyer Liqada yoluxma hallarının artması ilə bağlıdır.

Qeyd edək ki, hələlik yalnız “Dinamo” və “Rostov”da koronavirus aşkarlanması rəsmən təsdiqlənib.