17:28 24-06-2020
news_image
131
FUTBOL

Yeni müqavilə təklifini rədd etdi - "Liverpul"u arzulayır

"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantara komandasını dəyişmək fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı orta sahə oyunçusu rəhbərliyin yeni müqavilə təklifini rədd edib.

İspaniya millisinin üzvü başqa bir "Top-klub"a keçmək üçün bu yayın son şans olduğunu düşünür. "Barselona"nın yetirməsi karyerasını "Liverpul"da davam etdirməkdə maraqlıdır. Hətta o, öz xidmətini "qırmızılar"a təklif də edib.

Qeyd edək ki, "Bavariya" ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Tiaqo Alkantaranın transfer dəyəri 50 milyon avro hesab edilir.