17:33 24-06-2020
news_image
144
FUTBOL

“Milan” Rebiçi transfer edir

İtaliyanın “Milan” klubu xorvatiyalı futbolçu Ante Rebiçin transferi ilə bağlı danışıqlar aparır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi icarəyə götürdüyü hücumçunu birdəfəlik transfer etməyi planlaşdırır.

Rebiç müqavilə ilə Almaniyanın “Ayntraxt” klubuna məxsusdur. O, cari mövsüm A seriyasında 16 matçda meydana çıxıb. Forvardın hesabında 7 qol var.