17:49 24-06-2020
news_image
92
FUTBOL

“Arsenal” müdafiəçi istəyir – 20 milyona

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Tayron Minqz karyerasını “Arsenal”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, London klubu müdafiəçini bu yay heyətində görmək istəyir.

Birminhemlilər Minqz üçün 20 milyon funt sterlinq tələb edir. “Arsenal” bu qiymətin aşağı salınmasının tərəfdarıdır.

Qeyd edək ki, Minqz “Aston Villa”da 27 oyuna 2 qol vurub.