22:43 24-06-2020
news_image
288
DİGƏR NÖVLƏR

Berlin marafonu ləğv olundu – tarixində ilk dəfə

Atletika üzrə nüfuzlu Berlin marafonu ləğv edilib.

Apasport.az saytının məlumatına görə, Almaniyadakı yarışın təşkilatçıları koronavirus pandemiyası üzündən bu ilki marafonu keçirməməyə qərar verib.

İştirakçıların sağlamlığı daha üstün tutulduğundan marafon ləğv edilib. 46 ildir təşkil olunan yarış tarixində ilk dəfə keçirilməyəcək.

Qeyd edək ki, Berlin marafonu sentyabrın 26-27-nə planlaşdırılmışdı. Bunadək ABŞ-da keçirilən Boston və Nyu-York marafonları da ləğv olunub.