23:33 24-06-2020
news_image
102
FUTBOL

Premyer Liqada ilk – eyni vaxtda 5 dəyişiklik

İngiltərə Premyer Liqasının XXXI turu qeyri-adi hadisə ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, öz meydanına “Şeffild Yunayted”i qəbul edən “Mançester Yunayted” bir dəfəyə 5 futbolçu dəyişikliyi edib.

Matçın 80-ci dəqiqəsinədək əvəzetməyə ehtiyac duymayan baş məşqçi Ole-Qunnar Sulşer hakim final fitinə 10 dəqiqə qalmış meydana 5 yeni oyunçu buraxıb. Bu, Premyer Liqa tarixində ilk belə hadisədir.

Qeyd edək ki, mançesterlilər ev oyununda 3:0 hesablı qələbə qazanıb.