01:05 25-06-2020
news_image
475
FUTBOL

Özü qalib gəldi, gözü “Çelsi”də qaldı – “Liverpul”

İngiltərə Premyer Liqasında XXXI tur davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 5 matç keçirilib.

Çempionatın lideri “Liverpul” öz meydanında “Kristal Pelas”ı qəbul edib. Növbəti qələbəsini qazanan Yurgen Kloppun yetirmələri çempionluğa bir addım da yaxınlaşıb. “Çelsi”nin qonağı olacaq “Mançester Siti” iyunun 25-də xal itkisi ilə üzləşsə, “Liverpul” sona 7 tur qalmış qızıl medalları təmin edəcək. “Şəhərlilər” qalib gəlsə, mersisaydlılara növbəti turda qələbə kifayət edəcək.

Çempionlar Liqasına düşməyi hədəfləyən “Mançester Yunayted” və “Vulverhempton” da turu itkisiz keçib. Sonuncular “Bornmut”u bir qolla yenib, Ole-Qunnar Sulşerin yetirmələri isə Antoni Marsialın het-triki ilə “Şeffild Yunayted”i darmadağın edib.

Premyer Liqanın autsayderi “Norviiç” evdə “Everton”a uduzub. Günün yeganə heç-heçəsi Nyukasl da qeydə alınıb. Şəhərin eyniadlı komandası “Aston Villa” ilə sülhə imza atıb.

Qeyd edək ki, tura iyunun 25-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXXI tur
24 iyun
“Vulverhempton” – “Bornmut” – 1:0

Ximenes, 60
“Norviç” – “Everton” – 0:1
Kin, 55
“Mançester Yunayted” – “Şeffild Yunayted” – 3:0
Marsial, 7, 44, 74
“Nyukasl” – “Aston Villa” – 1:1
Qeyl, 68 – El Mohamadi, 83
“Liverpul” – “Kristal Pelas” – 4:0
Aleksandr-Arnold, 23, Salah, 44, Fabinyo, 55, Mane, 69

1.

Liverpul

31

28

2

1

70:21

86

2.

Mançester Siti

30

20

3

7

76:31

63

3.

Lester

31

16

7

8

59:29

55

4.

Çelsi

30

15

6

9

53:40

51

5.

Mançester Yunayted

31

13

10

8

48:31

49

6.

Vulverhempton

31

12

13

6

44:34

49

7.

Tottenhem              

31

12

9

10

50:41

45

8.

Şeffild Yunayted

31

11

11

9

30:31

44

9.

Kristal Pelas

31

11

9

11

28:36

42

10.

Everton       

31

11

8

12

38:46

41

11.

Arsenal

30

9

13

8

41:41

40

12.

Bernli

30

11

6

13

34:45

39

13.

Nyukasl          

31

10

9

12

29:42

39

14.

Sauthempton

30

11

4

15

38:52

37

15.

Brayton

31

7

12

12

34:41

33

16.

Uotford

30

6

10

14

28:45

28

17.

Vest Hem

31

7

6

18

35:54

27

18.

Bornmut

31

7

6

18

29:50

27

19.

Aston Villa

31

7

6

18

36:59

27

20.

Norviç

31

5

6

20

25:56

21