01:22 25-06-2020
news_image
597
DİGƏR NÖVLƏR

Avstraliya namizədliyini bərpa edir – Olimpiada üçün

Avstraliya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı namizədliyi bərpa edəcək.

Apasport.az saytının məlumatına görə, bunu ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Con Kouts açıqlayıb.

O bildirib ki, Kvinslendin geri götürülən namizədliyini yenidən irəli sürmək zərurəti yaranıb. Martda koronavirus pandemiyası üzündən bu addımı atan “Yaşıl qitə” təmsilçisi iqtisadi böhrandan çıxış yolunu Olimpiada və Paralimpiadada görür.

Kouts qeyd edib ki, koronavirus üzündən yaranan vəziyyətdə Kvinslenddəki iş yerlərinə tələbat və iqtisadiyyatın inkişafına Olimpiada təkan verə bilər.