01:40 25-06-2020
news_image
116
FUTBOL

“Latsio” uduzdu, “İnter” xal itirdi

İtaliya A seriyasında XXVII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 3 qarşılaşma keçirilib.

“İnter” 6 qolun vurulduğu görüşdə “Sassuolo” ilə heç-heçə edib. Bu xal itkisi Milan təmsilçisinin çempionluq şanslarını minimuma endirib.

Lider “Yuventus”un ən yaxın izləyicisi “Latsio” üçün də tur uğursuz alınıb. Romalılar erkən qollarla iki top üstünlüyü əldə etdiyi matçda “Atalanta”ya uduzub.

Liderlər qrupunda yer alan digər paytaxt klubu isə çətin qələbə qazanıb. “Roma” “Sampdoriya” üzərində əzmkar qələbə ilə üç xal əldə edib.

Qeyd edək ki, növbəti turun oyunları iyunun 26-28-də keçiriləcək.

İtaliya A seriyası
XXVII tur
24 iyun
“İnter” – “Sassuolo” – 3:3

Lukaku, 41 (pen.), Biraqi, 45, Valero, 88 – Kaputo, 4, Berardi, 81 (pen.), Maqnani, 88
“Atalanta” – “Latsio” – 3:2
Qosens, 38, Malinovski, 66, Palomino, 80 – De Run, 5 (avtoqol), Milinkoviç-Saviç, 11
“Roma” – “Sampdoriya” – 2:1
Dzeko, 64 – Qabbiadini, 11

1.

Yuventus

27

21

3

3

52:24

66

2.

Latsio

27

19

5

3

62:26

62

3.

İnter

27

17

7

3

54:28

58

4.

Atalanta

27

16

6

5

77:37

54

5.

Roma

27

14

6

7

53:36

48

6.

Napoli

27

12

6

9

43:36

42

7.

Parma        

27

11

6

10

36:33

39

8.

Milan                 

27

11

6

10

32:35

39

9.

Verona               

27

10

8

9

31:29

38

10.

Kalyari

27

9

8

10

43:42

35

11.

Bolonya

27

9

7

11

38:44

34

12.

Sassuolo

27

9

6

12

45:46

33

13.

Fiorentina

27

7

10

10

33:37

31

14.

Torino

27

9

4

14

30:46

31

15.

Udineze             

27

7

7

13

21:38

28

16.

Sampdoriya

27

7

5

15

30:48

26

17.

Cenoa

27

6

7

14

32:50

25

18.

Leççe

27

6

7

14

35:60

25

19.

Spal

27

5

3

19

20:45

18

20.

Breşiya

27

4

5

18

23:50

17