10:15 25-06-2020
news_image
55
FUTBOL

"Barselona" və PSJ istəyir - "Tottenhem"in futbolçusunu

"Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndombele komandanı tərk etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, buna səbəb 24 yaşlı orta sahə oyunçusunun baş məşqçi Joze Mourinyo ilə mübahisə yaşamasıdır.

Fransa millisinin üzvü portuqaliyalı mütəxəssisin rəhbərliyi altında oynamaq istəmədiyini rəhbərliyə çatdırıb. Mourinyo isə futbolçunun məşqlərdə fəallıq nümayiş etdirməməsindən narazıdır. Futbolçunun xidmətində hazırda "Barselona" və PSJ maraqlıdır. Ndombele PSJ-nin hücumçusu Kilian Mbappe ilə dost olduğu üçün vətənin qayıtması daha real görünür.

Qeyd edək ki, Tanqi Ndombele "Tottenhem"ə ötən ilin yayında 60 milyon avroya "Lion"dan keçib.