
01:04
İtaliyanın “Roma” klubunun futbolçusu Edin Dzeko paytaxt təmsilçisinin ən məhsuldar oyunçuları sırasında 5-ci yerə şərik çıxıb.
Apasport.az saytının məlumatına görə, “Sampdoriya” ilə dünən keçirilən A seriyasının oyununda dubla imza atan bosniya və herseqovinalı “canavarlar”ın heyətindəki qol sayını 104-ə çatdırıb.
O, Pedro Manfredini ilə eyni göstəriciyə malikdir. Dzeko yalnız 4 futbolçudan geri qalır. Bunlar Françesko Totti (307), Roberto Prutso (138), Amedeo Amadei (111) və Rodolfo Volkdur (106).
Qeyd edək ki, Dzeko və komandası növbəti oyununu iyunun 28-də səfərdə “Milan”a qarşı keçirəcək.