11:19 25-06-2020
news_image
98
FUTBOL

Perişiçlə bağlı qərarını açıqladı - "Bavariya"

"Bavariya" Filipp Koutinyodan sonra icarə əsasında çıxış edən daha bir futbolçu ilə bağlı qərarını qətiləşdirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İvan Perişiçin komandada qalmayacağı dəqiqləşib.

Münhen klubu Perişiçin də "Barselona"lı Koutinyo ilə eyni aqibəti yaşayacağını açıqlayıb. Almanlar 31 yaşlı hücumameyilli oyunçunu mövsümün sonunda müqavilə ilə məxsus olduğu "İnter"ə qaytaracaq.

Qeyd edək ki, İvan Perişiç cari mövsüm "Bavariya"nın heyətində 29 oyunda iştirak edib, 6 qol vurub, 8 məhsuldar ötürmə verib.