11:40 25-06-2020
news_image
228
FUTBOL

Ranqnikin “Milan”a şərt qoydu – onu saxlayın

İtaliyanın “Milan” klubu baş məşqçi postuna gətirmək istədiyi Ralf Ranqniklə danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin A seriyası klubu qarşısında qoyduğu bəzi tələblər müəyyənləşib.

Milanın eyniadlı təmsilçisi Ranqnikə transferlər üçün 80 milyon avro ayıracaq. Almaniyalının digər şərti isə Zlatan İbrahimoviçin komandada saxlanılmasıdır.

Qeyd edək ki, “Milan”ın mövsümün sonunda indiki baş məşqçisi Stefano Piolini istefaya göndərəcəyi iddia olunur. Ranqnik də məhz onu əvəz etməlidir.