13:06 25-06-2020
news_image
132
FUTBOL

"Borussiya" qiymət oxudu - Sançoya

Dortmund "Borussiya"sı yarımmüdafiəçisi Ceydon Sançonu satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, təzyiqlərə tab gətirməyən Bundesliqa təmsilçisi gənc oyunçusunun transfer qiymətini açıqlayıb.

Xüsusən də, "Mançester Yunayted"in israrla heyətinə qatmağa çalışdığı 20 yaşlı futbolçu üçün 130 milyon avro qiymət oxunub. "Qırmızı şeytanlar" Sançoya 10 milyon avroya yaxın illik maaş təklif edib.

Qeyd edək ki, Ceydon Sanço 2017-ci ildən "Borussiya"nın formasını geyinir.