13:11 25-06-2020
news_image
109
FUTBOL

"Keşlə"yə transferini dəyərləndirdi - Tural Axundov

"Keşlə"dən təklif gələn kimi məmnuniyyətlə qəbul etdim".

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin yay fasiləsində heyətinə cəlb etdiyi Tural Axundov deyib.

"Neftçi"dən ayrılaraq paytaxt təmsilçisinə keçən 32 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında transferini dəyərləndirib: "Bu keçid baş tutduğu üçün çox şadam. Yeni klubda oynamaq, Avropa Liqasında iştirak etmək bir sınaqdır və özümü yaxşı tərəfdən göstərməyə çalışacam. "Keşlə" medallar uğrunda mübarizə aparır və inanıram ki, növbəti mövsüm də uğurlu çıxışımızı davam etdirəcəyik".

Qeyd edək ki, "Keşlə" yay fasiləsində Turalla yanaşı, "Sumqayıt"dan Şəhriyar Əliyevi transfer edib.