13:57 25-06-2020
news_image
132
FUTBOL

Barselona səfəri öncəsi 5 itki - "Real"da

İspaniya La Liqasının XXXII turunda "Espanyol"la qarşılaşacaq "Real" Barselonaya ciddi itkilərlə yollanacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Zinəddin Zidan 5 futbolçunun xidmətindən məhrum olacaq.

Müdafiəçi Ferlan Mendi və yarımmüdafiəçi Luka Modriç sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb. Müdafiəçi Naço Fernandes, yarımmüdafiəçi Lukas Vaskes və hücumçu Luka Yoviç isə zədələrini sağaltmaqla məşğuldurlar və onlar da qarşıdakı turu buraxacaqlar.

Qeyd edək ki, "Espanyol" - "Real" oyunu iyunun 28-də keçiriləcək.