15:31 25-06-2020
news_image
110
FUTBOL

“Lester”ə qayıdır – Slimani

İngiltərənin “Lester” klubunun futbolçusu İslam Slimani yenidən Premyer Liqa təmsilçisində çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünü “Monako”da keçirən hücumçu “Knyazlıq klubu”na lazım olmayıb.

Monakolular icarə müqaviləsindəki transfer bəndini aktivləşdirməməyə qərar verib. Bu səbəbdən də Slimani “tülkülər”in heyətinə qayıdacaq.

Qeyd edək ki, forvard Fransa Liqa1-in yarımçıq başa çatdırılan 2019/20 mövsümündə 19 oyunda 9 qol vurub.