17:03 25-06-2020
news_image
158
FUTBOL

Baş məşqçi və futbolçusuna cəza – “İnter”in

İtaliyanın “İnter” klubu ciddi itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin baş məşqçisi Antonio Konte və futbolçusu Milan Şkrinyar cəzalanıb.

Təcrübəli mütəxəssis XXVII turun “Sassuolo” ilə matçında (3:3) mövsümdəki 5-ci xəbərdarlığını alıb. Bu üzdən Konte bir oyunu buraxacaq.

Qırmızı vərəqə alan Şkrinyar isə daha ağır diskvalifikasiya ilə üzləşib. O, üç turu buraxacaq. Şkrinyar həmçinin 10 min avro cərimə olunub.

Qeyd edək ki, “İnter” növbəti turda “Parma”, ardınca “Bolonya” və “Breşiya” ilə üz-üzə gələcək.