17:47 25-06-2020
news_image
361
FUTBOL

“Bu, ən gözəl şəklimdir, yoxsa mənə elə gəlir?” - FOTOSESSİYA

Ukraynanın “Aleksandriya” klubunun futbolçusu Maksim Tretyakovun həyat yoldaşı Liza ölkəsində diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin xanımı fitneslə məşğul olması sayəsində gözəl fiqura əldə etdiyini gizlətmir.

O, sosial şəbəkələrdəki paylaşımları özünə on minlərlə pərəstişkar toplayıb. Hazırda Lizanın instaqramdakı izləyicilərinin sayı 174 mini adlayıb.

Tretyakova bu göstəricidə lider olan həmyerlisi İrina Morozyukun rekordunu qırmağa iddialıdır. Son paylaşımlarından birində “bu, ən gözəl şəklimdir, yoxsa mənə elə gəlir?” sualı ilə izləyicilərinin növbəti fotoları daha böyük maraqla gözləməsinə səbəb olub.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayev də “Aleksandriya”nın şərəfini qoruyur.