18:33 25-06-2020
news_image
198
FUTBOL

Pedro “Roma”ya gedir – 2 illik müqavilə imzalayacaq

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro Rodriges karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı ispaniyalı hücumçu “Roma” ilə müqavilə imzalayacaq.

O, növbəti iki mövsümdə “canavarlar”ın formasını geyinəcək. Lakin Pedro cari mövsümü London təmsilçisində başa vuracaq. Bununla bağlı anlaşan tərəflər yaxın günlərdə qısa müddətli müqavilə bağlayacaq. 

Qeyd edək ki, Pedro cari mövsüm 18 matçda 2 qol vurub.