18:01 25-06-2020
news_image
678
FUTBOL

“Milsami”də oynayacaq – millimizin sabiq futbolçusu

Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadənin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi karyerasını Moldovada davam etdirəcək.

O, bu ölkənin “Milsami” klubu ilə anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Amit ölkəmizdə “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”də oynayıb. O, ölkə xaricində “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Çelik” (Bosniya və Herseqovina) klublarında çıxış edib.