22:08 25-06-2020
news_image
124
FUTBOL

Transferi açıqladı - "Borussiya"

PSJ-nin müdafiəçisi Tomas Menyenin Dortmund "Borussiya"sına keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.

Fransa klubu ilə müqavilə müddəti başa çatdığı üçün azad agent statusu daşıyan 29 yaşlı cinah oyunçusu "Borussiya" ilə 4 illik sazişə qol çəkib. Belçika millisinin üzvünün keçidi almanlara havayı başa gəlib.

Qeyd edək ki, Tomas Menye 2016-2020-ci illəri PSJ-nin heyətində keçirib.