22:59 25-06-2020
news_image
204
FUTBOL

Havayı oynayacaq - "Napoli"də

"Napoli"nin hücumçusu Xose Kalyexon mövsümün sonuna qədər komandada qalmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard sözləşməsinin daha 2 ay müddətinə artırılmasına müsbət cavab verib.

Klubla müqavilə müddəti iyunun 30-na qədər olan Kalyexon iyul və avqustda da A seriyası təmsilçisinin formasını geyinəcək. Oyunçu hətta bu iki ayda maaş da istəməyib. Pulsuz oynayacağını bildirən Kalyexonun yeganə tələbi zədə sığortasıdır.

Qeyd edək ki, Xose Kalyexon 2013-cü ildən "Napoli"də çıxış edir. O, neapolluların heyətində 338 oyun keçirib, 80 qol vurub.