23:47 25-06-2020
news_image
163
FUTBOL

İlk ayrılığı açıqladı - "Liverpul"

"Liverpul" klubunda ilk ayrılıq baş tutub.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Natanyel Klayn "qırmızılar"la vidalaşıb.

Bildirilib ki, müqavilə müddəti iyunun 30-na qədər olan İngiltərə millisinin sabiq üzvü həmin tarixdən etibarən azad agent statusu daşıyacaq. Məşqçilər korpusu 29 yaşlı sağ cinah oyunçusunu mövsümün sonuna qədər saxlamağa ehtiyac duymayıb.

Qeyd edək ki, Natanyel Klayn "Liverpul"a 2015-ci ildə "Sauthempton"dan keçib.