00:20 26-06-2020
news_image
182
FUTBOL

2 futbolçusu koronavirusa yoluxdu - "Beşiktaş"ın

"Beşiktaş" klubunun iki futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.

İyunun 24-də futbolçu və məşqçi heyətindən, həmçinin klub işçilərindən test götürülüb. Bu gün adları açıqlanmayan 2 futbolçunun testinin nəticəsinin pozitiv çıxdığı açıqlanıb. Həmin oyunçular karantinə alınıb, müayinələrinə başlanılıb.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXIX turu çərçivəsində iyunun 26-da "Konyaspor"u qəbul edəcək.