00:36 26-06-2020
news_image
222
FUTBOL

Hücumçu transferinə hazırlaşır - "Yuventus"

"Barselona"nın yarımmüdafiəçisi Arturun transferi üçün qarşı tərəflə anlaşan "Yuventus" hücumu da gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, "qoca sinyora" ön xəttə ilk namizədini müəyyənləşdirib.

A seriyası təmsilçisi "Arsenal"ın forvardı Pyerr-Emerik Obameyanqa "elçi düşüb". İtalyanlar Qabon millisinin üzvü üçün qarşı tərəfə rəsmi müraciət də ünvanlayıb. Onlar "topçular"la müqavilə müddəti gələn ilin yayına qədər olan 30 yaşlı oyunçunun transfer qiymətini öyrənməyə çalışır.

Qeyd edək ki, "İnter" və "Barselona"nın da maraq dairəsində olan Obameyanq cari mövsüm 28 oyunda 17 qola imza atıb.