02:03 26-06-2020
news_image
601
FUTBOL

"Liverpul"dan rekord - Kloppdan ilk

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, "qırmızılar"a çempionluq qazandıran ilk almaniyalı mütəxəssis olub.

Turnir Premyer Liqa adlandırıldıqdan sonra qazanılan 28 çempionluğun heç birində ingiltərəli məşqçi olmayıb.

XXXI turda "Çelsi" - "Mançester Siti" (2:1) qarşılaşmasından sonra çempionluğunu təmin edən "qırmızılar" sona 7 tur qalmış buna nail olaraq rekorda imza atıblar. Buna qədər rekord "Mançester Siti" (2018) və "Mançester Yunayted"ə (2001)  məxsus idi. Onlar sona 5 tur qalmış əlçatmaz olublar. 

Qeyd edək ki, "Liverpul" 30 illik fasilədən sonra tarixində 19-cu ölkə çempionluğunu əldə edib.