11:45 26-06-2020
news_image
126
FUTBOL

Alaba “Çelsi”də?

İngiltərənin “Çelsi” klubu heyətini yeni müdafiəçi ilə gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Almaniya “Bavariya”sının futbolçusu David Alabanı heyətinə qatmaq istəyir.

Müdafiəçinin xidmətində londonluların baş məşqçisi Frenk Lempard maraqlıdır. Onun transfer qiymətinin 52 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, “Bavariya” da müdafiəçi ilə yeni müqavilə bağlamağı planlaşdırır.