11:55 26-06-2020
news_image
3915
FUTBOL

Yeni klubu müəyyənləşdi - Emil Balayevin

Azərbaycan yığmasının futbolçusu Emil Balayevin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ilin əvvəlində “Tobol”dan “Zirə”yə keçən 26 yaşlı qapıçı yeni mövsümə “Qarabağ”da başlayacaq.

Artıq onunla Ağdam klubu arasında gedən danışıqlar müsbət yekunlaşıb. Tərəflər bütün müqavilə şərtlərini razılaşdırıb.

2016/17 mövsümünün bir neçə ayını "Qarabağ"da keçirmiş Emil köhnə-yeni klubu ilə 1+1 illik müqavilə imzalayacaq. Hazırda Şəkidə istirahət edən qolkiper Bakıya dönən kimi rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, Emilə Qazaxıstan da daxil, ölkə xaricindən bir neçə dəvət gəlib. Lakin bugünədək aldığı təkliflərin heç biri Balayevin ürəyincə olmayıb. Yığmanın “1 nömrə”si iddialı komandanın şərəfini qorumaq istədiyindən, üstünlüyü “Qarabağ”a verib (sportinfo.az).