12:19 26-06-2020
news_image
263
FUTBOL

Bakı klubunda qaldı - Saşa Stamenkoviç

Bakının “Sabah” klubu futbolçusu Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.

Apasport.az saytının məlumatına görə, serbiyalı qapıçı daha bir il paytaxt klubunda çıxış edəcək.

Təcrübəli qapıçı ilə müqavilə müddəti bir illik uzadılıb. 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper 2021-ci ilin yayınadək bu komandada qalacaq.

Qeyd edək ki, oyun sayına görə klubun rekordçusudur. Saşa ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) komandasının uğurları üçün çalışıb.