12:32 26-06-2020
news_image
282
FUTBOL

Millimiz mövqeyini qorudu - FİFA reytinqində

FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1321 xalla planetin 76-cı komandasıdır.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda sonuncu dəfə üç ay öncə - martda açıqlanan siyahıdakı mövqeyini qoruyub. Millimiz həmin vaxt eyni xalla eyni mövqedə qərarlaşmışdı.

Qeyd edək ki, reytinqdə ilk üç pilləni ABŞ (2181), Almaniya (2090) və Fransa (2036) milliləri tutub.