12:56 26-06-2020
news_image

Dünya çempionatı təxirə salındı - boksda

Gənc boksçular arasında dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2020-ci ildə Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.

Buna koronavirus pandemiyası səbəb olub. Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın aprelin 10-24-də təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-2003-cü il təvəllüdlü boksçular qüvvəsini sınayacaq.