14:52 26-06-2020
news_image
270
FUTBOL

“Çelsi”dən “yarasalar”a təklif - Kepa

İngiltərənin “Çelsi” klubunun qapıçısı Kepa Arrisabalaqa karyerasını vətəni İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Valensiya” 25 yaşlı ispan qolkiperin xidmətində maraqlıdır.

Kepanı La Liqa klubuna “Çelsi” rəhbərliyi təklif edib. Londonlular onu sonradan almaq öhdəliyi ilə “yarasalar”a 2 illik icarəyə vermək niyyətindədir.

Qeyd edək ki, 2018-ci ildə “Çelsi”yə keçən qapıçı “Atletik”dən 80 milyon avroya transfer olunub.