15:02 26-06-2020
news_image
9362
TOP OYUNLARI

Azərbaycan çempionatının mükafatçısı Almaniyada həmcinsi ilə ailə qurdu - FOTOSESSİYA

Qadın voleybolçular arasında Azərbaycan çempionatının mükafatçısı Liza Tomsen vətəni Almaniyada diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, Bakının “Azərreyl” (2013/14) və “Lokomotiv” (2014/15) klublarında oynamış idmançı ailə həyatı qurub.

Bunu Almaniya Voleybol Federasiyası açıqlayıb. Son klubu “Münster” olan Liza rəfiqəsi ilə evlənib.

Uzun illərdir birgə yaşayan xanımlar toy mərasimi də keçirib. Tədbirdə onların qonaqları da iştirak edib.

Qeyd edək ki, Almaniyada eynicinslilərin evliliyinə 2017-ci il iyunun 30-dan icazə verilib.