22:16 26-06-2020
news_image
572
FUTBOL

Yığmamızın oyunların TƏQVİMi açıqlandı - Millətlər Liqasında

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin yeni təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının oyunları sentyabr-noyabr aylarında baş tutacaq.

C Liqasında mübarizə aparacaq yığmamız 1-ci qrupda Lüksemburq, Kipr və Monteneqro ilə üz-üzə gələcək.

Martın 4-də açıqlanan təqvim koronavirus pandemiyası ilə bağlı cüzi dəyişikliklərə uğrayıb. Bu qrupda ilk iki turun oyunlarının tarixi dəyişməz qalıb. Komandamızın oktyabrdakı görüşləri bir, noyabrdakı görüşləri isə iki gün əvvələ keçirilib.

I tur, 5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq
20:00. Kipr – Monteneqro

II tur, 8 sentyabr
22:45. Kipr - Azərbaycan
22:45. Lüksemburq – Monteneqro

III tur, 10 oktyabr
17:00. Monteneqro - Azərbaycan
17:00. Lüksemburq – Kipr

IV tur, 13 oktyabr
20:00. Azərbaycan - Kipr
22:45. Monteneqro – Lüksemburq

V tur, 14 noyabr
21:00. Azərbaycan - Monteneqro
21:00. Kipr – Lüksemburq

VI tur, 17 noyabr
23:45. Lüksemburq - Azərbaycan
23:45. Monteneqro - Kipr