22:57 26-06-2020
news_image
348
TOP OYUNLARI

Avrokuboklarda Azərbaycana əlavə yer – İcraiyyə Komitəsi qərar verdi

Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasının yaratdığı vəziyyəti nəzərə alan qurum bir sıra vacib qərarlar verib.

Bu il iyul-avqust aylarında keçirilməli olan aşağı yaş qrupları üzrə Avropa çempionatları 2021-ci ildə baş tutacaq. 7 müxtəlif turnirin hamısı yanvara planlaşdırılıb.

Qadınlar arasında Çempionlar Liqasında mövsüm yarımçıq başa çatdırılıb. Sentyabra planlaşdırılan final mərhələsi keçirilməyəcək.

Avrokubokların reytinq cədvəlində 19-cu və daha aşağı pillələrdə olan ölkələrə əlavə yer verilib. 2020/21 mövsümündə bu ölkələr, o cümlədən Azərbaycan üç deyil, dörd komanda sifariş edə bilər. Bu o deməkdir ki, kişi və qadınlar arasında yarışlara 8 təmsilçi ilə yollanmaq hüququna malik olacağıq. Lakin hazırkı durumun buna imkan verməyəcəyini əminliklə söykəmək mümkündür. 

Avrokubokların reytinq cədvəlində yarımçıq qalan 2019/20 mövsümünün hesablanma sistemi təsdiqlənib. Bu, 2021/22 mövsümündəki komanda bölgüsündə nəzərə alınacaq.

Qeyd edək ki, Azərbaycan EHF reytinqində qadınların cədvəlində 24-cüdürsə, kişilərin siyahısında ancaq Çelenc kubokunda iştirak hüququna malikdir.