00:26 27-06-2020
news_image
83
FUTBOL

Komanda ilə məşqlərə başladı – İbrahimoviç

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç komanda məşqlərinə qoşulub.

Apasport.az saytının məlumatına görə, zədə səbəbindən fərdi və məhdud hazırlıqla kifayətlənən isveçli hücumçu tam məşq keçə bilib.

Zlatan artıq növbəti oyunda komandasına kömək etməyə hazırdır. Forvardın “Roma” ilə görüşdə şans qazana bilər.

Amma ona daha bir matçda istirahət veriləcəyi ilə bağlı ehtimallar da var. Bu səbəbdən də onun iyulun 1-də “Spal”a qarşı oyunda meydana çıxacağı proqnozlaşdırılır.