01:00 27-06-2020
news_image
153
FUTBOL

“Real”in müdafiəçisi “İnter”ə keçir – 40 milyona

İspaniyanın “Real” klubunun futbolçusu Əşrəf Hakiminin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, cari mövsümü icarə əsasında Almaniyada Dortmund “Borussiya”sında oynayan müdafiəçi “İnter”ə keçəcək.

Mərakeşli futbolçunun transferi ilə bağlı “Real” və Milan təmsilçisi arasında razılıq əldə olunub. Bildirilir ki, İtaliya klubu afrikalı üçün 40 milyon avro ödəyəcək.

Hakiminin özü də “İnter”lə razılıq əldə edib. Tərəflər müqavilənin detallarını da razılaşdırıb.