01:33 27-06-2020
news_image
146
FUTBOL

Finalın tarixi açıqlandı - Fransada

Fransa Liqa kubokunda final oyununun tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Liqa1 açıqlayıb.

PSJ və “Lion” arasında final matçı iyulun 31-də keçiriləcək. Qarşılaşma Sen-Denidəki “Stad de Frans”da baş tutacaq.

Öncədən aprelin 4-nə planlaşdırılan final koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Qeyd edək ki, Fransada çempionat yarımçıq başa çatdırılıb.