10:12 27-06-2020
news_image
133
FUTBOL

Qocalar evində virusa yoluxdu - millinin sabiq baş məşqçisi

Argentina millisinin sabiq baş məşqçisi Karlos Bilardo koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu barədə 82 yaşlı mütəxəssisin qardaşı Xorxe Bilardo danışıb.

O bildirib ki, Karlos Bilardo qocalar evində bu virusa yoluxub və həkim nəzarətində təcrid olunub: "Pandemiya səbəbindən onu görə bilmirik, ancaq telefonla danışırıq. O, böyük bir reabilitasiya mərkəzindədir. Orada xəstələrə çox yaxşı qulluq edirlər".

Qeyd edək ki, Karlos Bilardo 1983-1990-cı illərdə Argentina millisini çalışdırıb.