10:30 27-06-2020
news_image
147
FUTBOL

Baş məşqçisi tənqid etdi, cavabını anası verdi - Arturun

"Barselona"nın baş məşqçisi Kike Setyen yarımmüdafiəçi Artur barədə təndiqi fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı artıq "Yuventus"la anlaşan braziliyalının tənqiddən nəticə çıxarmadığını bildirib.

Onun sözlərinə görə, Arturun düşüncəsini dəyişmək mümkün deyil: "Başqa bir baş məşqçinin "yaxşısan" dediyi futbolçunu dəyişmək asan deyil. Belədə ona "yox" demək çətinləşir".

Setyenin fikirlərinə Arturun anası Lusia Melo dərhal reaksiya göstərib. O, oğlunu müdafiə edib: "İndi onlar bütün qüsurların futbolçuda olduğunu deyəcəklər".

Qeyd edək ki, Arturun bu həftə "Yuventus"la rəsmi müqavilə bağlaması gözlənilir.