10:56 27-06-2020
news_image
188
FUTBOL

Niderland klubu ilə müqavilə bağlayır - Kökçü

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü qərarını verib.

Apasport.az saytının məlumatına görə, "Feyenoord"un yarımmüdafiəçisi bir neçə Avropa nəhəngindən təklif almasına baxmayaraq, komandasında qalmağı üstün tutub.

19 yaşlı futbolçu Niderland klubunda qalacağını və yeni müqavilə imzalayacağını açıqlayıb. O, 2023-cü ilin yayına qədər olan sözləşmə müddətini daha 2 illik uzadacağını söyləyib. Hələ də milli komanda seçimini etməyən Orkunun Türkiyə yığmasına üstünlük verməsi gözlənilir.

Qeyd edək ki, Orkun Kökçü cari mövsüm "Feyenoord"da keçirdiyi 35 oyunda 3 qola imza atıb.