12:02 27-06-2020
news_image
329
FUTBOL

Eyni komandada oynaya bilər - Messi və Ronaldo

"Boka Xuniors"un hücumçusu Karlos Tevez gələcəklə bağlı arzusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq üzvü karyerasını bitirdiyi zaman vida matçı təşkil etmək niyyətindədir.

36 yaşlı ulduz futbolçu hətta vida görüşünə dəvət edəcəyi oyunçuları da müəyyənləşdirib. O, "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya da dəvət göndərəcəyini söyləyib: "Canluici Buffon, Uqo İbarra, Rio Ferdinand, Qabriel Hayntze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştianu Ronaldo, Lionel Messi və Ueyn Runinin son matçımda iştirak etmələrini istəyirəm".

Qeyd edək ki, Karlos Tevez 2018-ci ildən "Boka Xuniors"un formasını geyinir.