12:54 27-06-2020
news_image
162
FUTBOL

Liverpul klubu maraqlanır - "Yuventus"un oyunçusu ilə

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvünün İngiltərəyə köçmək variantı yaranıb.

"Everton" 25 yaşlı orta sahə oyunçusunun transferində israrlıdır. Liverpul təmsilçisi transferin müzakirəsi üçün futbolçunun özü ilə təmasa keçib. "Everton" Rabyonun razılığını ala bilsə, "Yuventus"la danışığa başlayacaq.

Qeyd edək ki, Adrien Rabyo "Yuventus"a ötən ilin yayında PSJ-dən keçib.